“X” sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini dayandırıb.
Bu qərar yerli hakimiyyətlə şirkətin rəsmi nümayəndəsi arasında yaranan münaqişədən sonra qəbul edilib.
“İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyətimizi dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin “X” hesabında qeyd edilib.
Bildirilib ki, sosial şəbəkə Braziliyada bloklanmayacaq, istifadəçilər üçün əlçatan olaraq qalacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.