AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır - Ceyhun Bayramov

  • + A
  • - A
  • 19-08-2024, 21:00

    Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır - Ceyhun Bayramov

    Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır.

    Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

    Nazirin sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırılmasını hədəfləyib, lakin hesab edir ki, Ermənistan Respublikasının uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır. Ceyhun Bayramov, həmçinin vurğulayıb ki, bu, bəyanatlar və bəyannamələr səviyyəsində baş verməli deyil, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksini tapmalıdır.

    “Biz danışıqlar prosesinin formatına açığıq. Bunun üçün biz bilavasitə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatdan istifadə edirik. Həmçinin biz müxtəlif platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə münasib olub. Bundan sonra biz bu platformadan istifadə etməyə hazırıq. Son zamanlar məhz Ermənistan tərəfi buna razılıq verməyib”, - deyə nazir bildirib.

    O deyib ki, rəsmi Bakı üçün əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməsidir, sülh müqaviləsi bu məsələyə qayıtmanın bütün potensial risklərini aradan qaldırmalıdır. “Heç kimə sirr deyil ki, Ermənistanın bütün fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var, bu yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanması prosesinin başa çatdırılmasına əsas maneədir”, - deyə C.Bayramov qeyd edib.

    Nazir 2020-ci ildə Azərbaycanla Ermənistan arasında münaqişənin tənzimlənməsi üzrə razılaşmaların əldə edilməsində Rusiya Prezidenti Vladimir Putinin rolunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR