Bakı, 20 avqust — Azadmedia.az
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Azadmedia.az xəbər verir ki, 15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası çərçivəsində növbəti görüşü həm də səmimi dialoq şəraitində keçib.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, həmin görüş zamanı
seçki dairəsindən olan sakinlər Ülvi Quliyevi səmimiyyətlə, böyük coşğu ilə qarşılayıblar.
Belə ki, keçirilən görüşdə
Qazilərimiz və şəhid ailələrimiz böyük ruh yüksəkliyi ilə iştirak ediblər.
Seçiciləri ilə görüş keçirən Ülvi Quliyev, onların problemləri ilə daha yaxından maraqlanıb. O, eyni zamanda 2020-2024-cü illər üzrə deputatlıq fəaliyyətindən bəhs edib.
Ülvi Quliyev seçicilərə fəaliyyəti, həmçinin platforması barədə məlumat verərək bildirib ki, hazırda sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi ölkəmizin qarşısında qoyduğu əsas hədəflərdən biridir. Digər şəhər və rayonlarımızda olduğu kimi Yasamal rayonunda da bu istiqamətdə geniş planlar həyata keçirilib və bu istiqamətdə tədbirlər davam edir.
Ülvi Quliyev dövlətin inkişafında seçkilərin mühüm rol oynadığını vurğulayaraq seçicilərin sentyabrın 1-də yüksək fəallıq göstərəcəklərinə və seçki məntəqələrinə gedib öz istədikləri namizədə səs verəcəklərinə əminliyini bir daha bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.