Bakı, 21 avqust — Azadmedia.az
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan vətəndaşlarla görüşləri yüksək səviyyədə davam edir.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan sakinlər Ülvi Quliyevi böyük coşğu ilə qarşılayırlar.
Belə ki, görüşlər barədə məlumatlar dolğun şəkildə videomateriallar şəklində namizədin öz səhifəsində paylaşılır.
Hər bir görüş zamanı çıxış edən ziyalılar Ülvi Quliyevin fəaliyyəti barədə məlumat verərək rayon sakinlərini seçkidə fəal iştiraka dəvət edirlər.
Nəzərinizə çatdıraq ki, Ülvi Quliyev görüşlər zamanı VI Çağırış Milli Məclisdə fəaliyyəti dövründə həyata keçirdiyi işlər ilə bağlı geniş məlumat təqdim edərək deputat səlahiyyətləri çərçivəsində töhvə verməyə çalışdığı məsələlərə diqqət ayırır.
Qeyd edək ki, xüsusilə qazilərin və şəhid ailələrinin iştirakı ilə keçirilən səmimi görüşlərdə
Ü.Quliyev seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi, 15 saylı Yasamal rayon birinci seçki dairəsində hər ay təşkil edilən qəbulların eyni zamanda sakinlər ilə ayrıca görüşlərin davam etdiriləcəyini vurğulayıb. O həm də, hər bir görüşdə Milli Məclisdə 15 saylı Yasamal rayon birinci seçki dairəsini layiqincə təmsil etməyə çalışacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.