Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə AB-nin baş diplomatı Jozep Borrell arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, bu barədə baş diplomat X hesabında paylaşım edib.
Belə ki, Borrell Rusiya ərazisinə zərbələr endirmək üçün istənilən məhdudiyyətin ləğvinin tərəfdarı olduğunu, bunun Ukraynanı qoruyacağına və sülh danışıqlarını yaxınlaşdıracağına inandığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.