Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO üzvləri ilə danışıqlar aparır.
Azadmedia.az-ın “RBC-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.
Belə ki, o deyib ki, hətta real təhlükə olmasa belə bu məsələ aktuallığını qoruyur. Nazir bildirib ki, əsas məqsəd böhran vəziyyətlərində operativ reaksiyanın təmin olunmasıdır.
Qeyd edilib ki, "Bir neçə Avropa ölkəsi ilə analoji səpkili müzakirələr aparılsa da, təfərrüatları açıqlamaq istəmirəm. Danışıqların əsas məqsədi Finlandiyanın təhlükəsizliyini təmin edəcək dövlətləri müəyyən etməkdir. Bu isə Kollektiv Müdafiə Haqqında Razılaşmanın 5-ci bəndinə tamamilə uyğundur”.
Nazirin sözlərinə görə, Finlandiya hökuməti hazırda müttəfiqləri ilə sərhədyanı bölgələrdə birgə təlimlərin keçirilməsini müzakirə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.