ABŞ-nin “Arleigh Burke” sinfinə aid idarə olunan raketdaşıyıcı gəmisi - “USS Ralph Johnson” (DDG 114) Tayvan boğazı vasitəsilə adi keçid edir.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin vizual informasiya yayma xidməti məlumat yayıb.
Bildirilib ki, gəminin keçidi beynəlxalq hüquqa və açıq dənizdə gəmiçilik qanunlarına uyğundur.
Həmçinin qurumdan bildirilib ki, məqsəd ABŞ-nin bütün ölkələr üçün gəmiçilik azadlığı prinsipinə sadiqliyini nümayiş etdirmək olub: “Beynəlxalq ictimaiyyətin heç bir üzvü öz hüquq və azadlıqlarından imtina etməyə məcbur edilməməlidir. ABŞ ordusu beynəlxalq hüququn icazə verdiyi yerdə uçur, yelkən açır və fəaliyyət göstərir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.