Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Beyin Mərkəzlərinin İnkişafı üzrə 8-ci Forum avqustun 27-28-də Almatı şəhərində keçiriləcək.
“İqlim çağırışı: Kollektiv fəaliyyət üçün sərhədləri aşan düşüncə” mövzusuna həsr olunacaq tədbir əsas beynəlxalq təşkilatların, o cümlədən Avrasiya İnkişaf Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qfaqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.