Bakı, 23 avqust — Azadmedia.az
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. 125 seçki dairəsi üzrə 1052 namizəd deputat seçilmək üçün mübarizə aparır.
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyevin seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində seçki qərargahında komanda üzvləri ilə seçkilərə hazırlıq məsələləri müzakirə olunub.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, 15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd
Ü.Quliyevin seçki qərargahında komanda üzvləri ilə birlikdə qarşıdakı günlərdə görüləcək işlər bir daha müzakirə edilib.
Belə ki, qərara alınıb ki, Quliyevin təbliğat-təşviqat materiallarını daha çox seçiciyə çatdırmaq üçün fəaliyyət avqustun 31-dək intensiv şəkildə davam etdirilməlidir.
Sonda Ü.Quliyev öz fikirlərini bildirərək sakinlərlə olduqca səmimi ab-havada keçən görüşlərdən razılığını qeyd edib, həmçinin komanda üzvlərinə, dostlara səmimi iştiraklarına və dəstəklərinə görə təşəkkürünü bildirib.
Nəzərinizə çatdıraq ki, görüş sonrası ətraflı məlumatlar namizədin öz səhifəsində paylaşılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.