Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bu haqda Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.
Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin istifadəsinə bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.