Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonun Aşağı Quşçu kəndində şəhid ailələrini ziyarət etmişdir.
Namizəd şəhid ailələrini ziyarət edib, qayğı və problemləri ilə maraqlanaraq, onları maraqlandıran sualları cavablandırmışdır. Nizami Səfərov Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından danışaraq, onların problemlərinin həll olunması dövlətin Prioritet məsələlərdən biri olduğunu, neçəki Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən, oğullarımız da daima xalqın qəlbində əbədi yaşayacağını, onların əziz xatirəsi isə heç vaxt unudulmayacağını bildirmişdir.
Şəhid ailələri dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.
Daha sonra seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.