AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Şurasının prezidenti Körfəz regionuna səfər edəcək -

  • + A
  • - A
  • 26-08-2024, 21:53

    Avropa İttifaqı Şurasının prezidenti Körfəz regionuna səfər edəcək -


    Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Körfəz regionuna səfər edəcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər avqustun 27-29-da baş tutacaq.

    Belə ki, "Prezident Mişel 2024-cü il oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında ilk dəfə keçiriləcək Zirvə görüşü ilə bağlı məsləhətləşmələr aparacaq. Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi və ikitərəfli əməkdaşlığın bütün müvafiq aspektləri müzakirə olunacaq", - deyə məlumatda qeyd olunub.

    Bildirilib ki, Aİ Şurasının prezidenti Dohaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının hazırkı sədrliyi vəzifəsində olan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

    Qeyd edək ki, Ər-Riyadda isə o, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR