15 saylı Yasamal rayon birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki kampaniyası artıq həftələrdir ki, böyük ruh yüksəkliyi ilə davam edir.
Belə ki, Quliyevin sakinlərlə genişmiqyaslı keçirilən görüşlərilə yanaşı, dialoq halında baş tutan görüşləri də olub. Eyni zamanda, qazilərimizə və şəhid ailələrimizə komandası ilə birlikdə baş çəkərək onların qayğıları ilə daha yaxından maraqlanıb.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, 28 avqust, 2024-cü il tarixdə gerçəkləşdirdiyi səmimi görüşlər barədə Ülvi müəllim öz sosial media hesabında məlumat verərək qeyd edib ki, “Əziz şəhidlərimizin valideynlərini ziyarət etdik. Hər zaman olduğu kimi, bu görüşlərimiz də duyğusal anları ilə yadda qaldı.Buna baxmayaraq, yaradılan səmimi ortama və mənəvi dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm. Uca Allahdan bütün şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm.”