Bakı, 29 avqust — Azadmedia.az
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat kompaniyası çərçivəsində görüşlərində də müşahidə edildiyi kimi 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan seçicilər tərəfindən yüksək səviyyədə qarşılanır və dəstəklənir.
Azadmedia.az xəbər verir ki, Ülvi Quliyevin seçki kampaniyası çərçivəsində komandası tərəfindən aparılan təbliğat-təşviqat kompaniyası uğurla davam etdirilir. Həmçinin komanda çərçivəsində qazilər də aktiv şəkildə iştirak edir. Komanda tərəfindən seçicilərə namizədin fəaliyyəti, həmçinin platforması barədə ətraflı məlumat verilir. Bununla yanaşı ziyarət edilən qazi və şəhid ailələrində də onların qayğıları ilə daha yaxından maraqlanılır.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
seçki dairəsindən olan sakinlər Ülvi Quliyev haqqında xoş sözlər söyləyir, eyni zamanda, bundan öncəki parlamentari kimi fəaliyyətindən razılıqlarını bildirirlər.
Qeyd edək ki, Ü.Quliyev öz sosial media platformasında da vurğulayıb ki,
“Dəyərli qazi dostlarım Vidadi Ağagülova, İlham Rüstəmova, Yusif Əhmədova, İlkin Ağayevə, Tural Alıyevə təbliğat-təşviqat kampaniyasının ilk günündən verdikləri dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm.”
Nəzərinizə çatdıraq ki, digər şəhər və rayonlarımızda olduğu kimi sentyabrın 1-də keçiriləcək Parlament seçkiləri ilə əlaqədar, Yasamal rayonunda da bu istiqamətdə geniş planlar həyata keçirilib və tədbirlər davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.