Nüvə müharibəsi başlaya bilər.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.
Belə ki, H.Fidan söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:
"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.