Ukrayna Monqolustanı Rusiya Prezidenti Vladimir Putini həbs etməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Belə ki, məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi Monqolustana müraciət edib ki, ölkə hakimiyyəti Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etsin.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana səfər edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.