AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

  • + A
  • - A
  • 2-09-2024, 15:59

    Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

    Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi.

    Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

    “Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə əlavə kimi atom elektrik stansiyalarının təhlükəsizliyini qorumaq zərurətini də bənd olaraq yazaq. Yersiz görünürdü, amma biz dedik ki, bunu edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı. Ərdoğan tamamilə səmimi oynadı və kömək etməyə çalışdı. Razılaşdıq, amma ukraynalılar dərhal dedilər ki, yox, bu onları qane etmir. Görünür, onların artıq atom elektrik stansiyalarını bombalamaq planları var idi”, - o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR