AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makrondan Azərbaycana səyahət qadağası: səriştəsizliyin növbəti nümunəsi - ANALİZ

  • + A
  • - A
  • 4-09-2024, 19:41

    Makrondan Azərbaycana səyahət qadağası: səriştəsizliyin növbəti nümunəsi - ANALİZ

     

    Fransa Azərbaycana qarşı son illər aqressiv siyasət yeritməyə davam edir. Bunun əsas səbəbi rəsmi Bakının İkinci Qarabağ müharibəsinin nəticə əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıqları Yelisey Sarayının qəbul etmək istəməməsidir. Bu azmış kimi rəsmi Paris regiondakı təsir imkanlarını qorumaq və mümkün olarsa artırmaq məqsədilə İrəvanla “bacılaşır”. Bu isə Parisin Bakıya qarşı qərəzli mövqeyini bu dövlətin özü üçün zərurətə çevirir.

    Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiasına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunur. Ona görə də rəsmi Paris Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinməyi tövsiyə edib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibət bildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.

    O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:

    "Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur".

    Bildirilib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı: "Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"

    Əgər Azərbaycanda, doğrudan da, Fransa vətəndaşlarına qarşı təqiblər, təzyiqlər olsa idi, bu barədə rəsmi məlumatlar yayılardı. Necə ki, M.Rianın, K.Teonun haqlı yerə saxlanıldığı barədə rəsmi xəbərlər verilmişdi.

    Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, “suları bulandırmq” cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək direktivlərini icra etdirməyə çalışır.

    Halbuki əslində irqi- dini ayrı- seçkilik, o cümlədən islamafobiya Fransanın özündə tüğyan edir. Üstəgəl, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, kolonist siyasəti, müstəmləkəçiliyi ilə seçilir.

    Fransanın Azərbaycana qarşı bu ritorikası əslində həm də mövcud Emmanuel Makron hökumətinin səriştəsizliyini göstərir. Belə ki, Makron bacarıqlı siyasətçi olsa idi başa düşərdi ki, bölgədə qalmağın ən yaxşı yolu buranın aparıcı siyasi aktoru olan Azərbaycanla münasibətləri yaxşı saxlamaqdır. Fransa isə nəinki bunu etmir, həm də Azərbaycanla düşmən yolunu seçir. Bu ritorikanın bumeranq effekti verəcəyini indidən təxmin etmək olar.

    Yelisey Sarayının təxribatları nəticəsində ikitərəfli münasibətlərdə artan gərginlik Fransanın xeyrinə olmayacaq. Rəsmi Paris bir də gözünü açacaq ki, regionda tamamilə “ofsayddadır”. Futbol dili ilə desək, “qayda pozuntularına” görə, bəlkə də Fransaya “qırmızı kart” göstərməyin vaxtı çatıb...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR