KXDR zibillə dolu olduğu güman edilən şarları yenidən Cənubi Koreyaya göndərib.
Azadmedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası yazıb.
Belə ki, "Şimali Koreyadan buraxıldığı guman edilən hava şarları Şimali Gyeonggi əyaləti üzərindəki hava məkanında aşkar edilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, cənubi koreyalı fəalların təbliğat vərəqələrinin atılmasına cavab olaraq may ayının sonundan etibarən KXDR ərazisindən analoji şarlar buraxılıb. İyul ayında zibil dolu şarlardan biri Cənubi Koreya Prezident Administrasiyasının yerləşdiyi hökumət kompleksinin ərazisinə düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.