Ukrayna ordusunun mərmi hücumundan qorunmaq üçün sərhəddə bufer zonanın yaradılması vacibdir. Onun eni Ukraynaya hansı növ silahların veriləcəyindən asılıdır.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev deyib.
Belə ki, “Gələcəkdə bizə sanitar zona yaratmaq lazımdır ki, hər hansı mərmi atılmasın. Hansı ölçüdə olacağını heç kim bilmir. Lakin kifayət qədər olmalıdır. Uzaq mənzilli silahlar, qanadlı və ballistik raketlər əldə etmək istəyirlərsə, bu sanitar zona Polşaya qədər uzanmalıdır”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.