Ermənistan baş nazir Nikol Paşinyan səviyyəsində BRİKS sammitində iştirak edəcək.
Bu barədə hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bildirib.
Sammit oktyabrın 22-24-də Kazanda baş tutacaq. BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.
Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın sammitdə iştirak edəcəyini bildirsə də, Ermənistan tərəfinin hansı səviyyədə iştirak edəcəyini dəqiqləşdirməmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.