AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionun təhlükəsizliyinin təhdid mənbəyi – siması dəyişməyən avantürist İrəvan - ŞƏRH

  • + A
  • - A
  • 6-09-2024, 16:03

    Regionun təhlükəsizliyinin təhdid mənbəyi – siması dəyişməyən avantürist İrəvan - ŞƏRH

     
    Ermənistan adlı dövlət yarandığı gündən Cənubi Qafqazda təhlükəsizliyə təhdid mənbəyidir. Havadarları və himayədarları zəiflədikdə onları satması buna səbəb amillərdəndir. Yalan danışdıqlarına, saxtakarlıq etdiklərinə görə onların hiyləgər, fırıldaqçı kimi obrazı da var. Ermənistan hakimiyyəti bu mənfi xüsusiyyətlərin daşıyıcısına çevrilib.

    Keçmiş SSRİ dövründə Azərbaycanın ayrı-ayrı dövlət, ictimai, siyasi, elm, mədəniyyət, incəsənət xadimləri haqqında Moskvaya yalan və saxta xəbərlər ötürməklə yüzlərlə belə günahsız azərbaycanlının ölümünə, həbsinə bais olublar.

    Sovetlər dönəmində Ermənistan SSR dotasiya ilə yaşayıb. Bu ələbaxımlılığa görə Moskva onları həmişə mükafatlandırıb. Sovetlərin mövcudluğunun son illərində Ermənistandan 300 min azərbaycanlının qovulması, mal-mülklərinin qanunsuz olaraq mənimsənilməsi və s. cinayətlərə göz yumulması xidmətlərinin qarşılığı idi. 1990-cı ilin yanvarın 20-də Bakıda sovet silahlı qüvvələrinin törətdiyi vəhşiliklər həm də Kremlin ermənilərə himayədarlığı idi.

    Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı da SSRİ dövründə başlayıb. Bu təcavüzün sonu isə onun varisi Rusiyanın dövrünə təsadüf edir.

    Rəsmi İrəvan ermənilər üçün dövlət qurub, onu 200 ilə yaxındır himayə edən Rusiyaya qarşı çıxışlar edir. Əslində sovetlərin varisi RF ilə keçmiş sovet respublikaları məsafəli davranmağa çalışır. Ancaq Ermənistanın Moskvaya qarşı riyakar davranışı onun yuxarıda bəhs etdiyimiz etibarsız xüsusiyyətindən irəli gəlir.

    Keçmiş sovet respublikaları Qərbə inteqrasiya, yaxud bu blokla əlaqələrin genişlənməsinə, əməkdaşlığı artırmağa çalışır. Ancaq bu zaman Ermənistandan başqa heç bir dövlət Kremlə qarşı fəaliyyət göstərməyib.

    Avqustun 31-də baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə münasibətlər qarşılıqlı hörmət və işgüzar əlaqələrə əsaslanır: "Heç bir dövlət, xüsusən Rusiya haqqında ironik və təhqiredici leksikondan istifadə edərək danışmaq olmaz".

    Nikol Paşinyanın komandasından parlament sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, hakim partiyanın bir sıra üzvləri və başqaları anti-Rusiya çıxışları ilə yadda qalanlardandır.

    Armen Qriqoryanın Rusiya əleyhinə “Sülh formulun”da iştirak etməsi, xarici işlər nazirinin müavini Vahan Kostanyanın “Avropa İttifaqı ilə yaxınlaşmaq hökumətimizin strateji qərarıdır, bizim gözləməyə vaxtımız yoxdur” kimi açıqlaması, Paşinyanın partiyasından olan deputatların “Rusiya Ermənistan dövlətçiliyinin əleyhinədir” açıqlamaları, Paşinyanın Rusiyaya qarşı ikiüzlülük göstərdiklərindən xəbər verir.

    Ermənilər və Ermənistanın 200 illik müttəfiq, dayağı, arxası, himayədarı Rusiyaya qarşı daha bir qıcıqlandırıcı addım atır. Bu ildən Ermənistanda rus dili xarici dil statusunda tədris ediləcək. Ölkənin Təhsil, Mədəniyyət və İdman Nazirliyinin yeni sirkulyarına əsasən, artıq hər bir məktəb xarici dillər arasında öz saatlarını bölüşdürmək hüququna malikdir.

    Bu, yaxın illərdə Ermənistanda rus dilinin məktəb proqramından azad olmasına, hətta çıxarılmasına səbəb olar.

    Nikol Paşinyan RF-ni həm tərifləyir, ondan qorxduqlarını gizlətmir, bunu tərəfdarlarına tövsiyə edir, digər yandan isə Qərblə gizli sövdələşmələr edir.

    Aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ formatında görüşün əsas qayəsi Ermənistanın iqtisadi, siyasi mədəni inkişafı altında Rusiya nəzarətindən çıxarılması, silahlanması və s. istiqamətdir.

    Rusiyanın Ermənistanda hərbi bazaları olduğu halda 20 maddəlik həmin sənəddə ABŞ-nin İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verəcək. Başqa bir maddəyə əsasən, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək.

    ABŞ Ermənistanın qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti ayıracaq Avropa İttifaqı Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (EPF) çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

    Yeri gəlmişkən, bu sənədlə bağlı ABŞ və Avropa İttifaqının təmsilçiləri rəsmi Bakıya da yalan məlumat vermişdi.

    Qərblə strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq edən Ermənistanın baş naziri apreldə etdiyi çıxışlardan birində bu bloka etibar etməməyə çağırış etmişdi.

    Nikol Paşinyanın və komanda üzvlərinin səbatsız çıxışları rəsmi İrəvanın kənardan idarə edildiyini göstərir. Bunu onların Azərbaycanla bağlı çıxışlarından da görmək olar. Azərbaycana konstitusiyası ilə bağlı şər atan Nikol Paşinyan hələ də Ermənistanın təcavüzkar mahiyyətli əsas qanunun dəyişdiriləcəyi ilə bağlı komissiyanın yaradılmasına dair qərar verməyib.

    Yaxud Zəngəzur dəhlizi barədə onların verdikləri açıqlamalar bir-birini təkzib edir.

    Rusiya kimi havadarına qarşı çıxan Ermənistana inanmaq, onunla saziş, müqavilə, razılaşma imzalamaq olar? Yaxud belə bir sənəd qəbul edilərsə, onların buna əməl edəcəkləri şübhəlidir. Çünki rəsmi İrəvan və Bakı arasında atəşkəsə dair razılaşma olduğu halda Azərbaycanla şərti sərhəddə Ermənistan hərbçiləri təxribat törədir, anlaşmanı pozurlar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Onlar müvəqqəti sərhəddə atəşkəsi tez-tez pozurlar.

    Rəsmi İrəvan da atəşkəsi pozduqlarını etiraf edir. Bu, Ermənistanın razılaşmalara sadiq qalmadığını isbatlayır.

    Belə bir ölkə Azərbaycanla sülh sənədinin, yaxud razılaşdırılmış maddələrin imzalanmasından danışır. Rusiyaya münasibəti, qərblə qeyri-müəyyən əməkdaşlığı Ermənistanın etibarsız, saxta, yalançı imicini təsdiqləyir. Rəsmi İrəvanın qulağı və gözləri daim xaricdə, əlləri isə açıq vəziyyətdədir. Odur ki, bu ölkə ilə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmağa inam azdır. Özünü demokrat sayan Nikol Paşinyan da rəsmi hakimiyyətinin ənənəvi etibarsız, avantürist mahiyyətini dəyişə bilməyib. Ermənistan imzasına hörmət etməyən bir dövlətdir. Əks halda Rusiya ilə strateji müttəfiqlik haqqında müqaviləni pozmadan Qərblə yenisinə başlamazdı. O, özünü bu mənada qədim peşə sahibi kimi aparır. Beləsinə isə inanılmır...(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR