Rusiya nümayəndə heyəti noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacaq.
Bunu xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko deyib.
Onun sözlərinə görə, artıq iqlim müzakirələrini özlərinə sərfəli istiqamətə yönəltməyə çalışan Qərb ölkələri, şübhəsiz ki, gələcək konfransın gündəliyini özlərinə uyğun şəkildə müəyyən etməyə çalışacaqlar: “Təbii ki, biz bu konfransın qərarlarının ölçülüb-biçilmiş olmasını təmin etmək üçün bütün səylərimizi göstərəcəyik”.
Xatırladaq ki, COP29-un fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir. Bu 14 təşəbbüs paketi daha "yaşıl dünya" üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq edir, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 198 iştirakçı (197 ölkə və Avropa İttifaqı) daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.