Avropa İttifaqının (Aİ) rəhbərliyi hərbi əməliyyatlar zamanı yaralanan və tibbi yardımsız qalan Qəzza sakinlərini təxliyə etmək üçün Qəzza zolağı ilə Misir arasındakı sərhəddə sərhəd nəzarəti missiyasının bərpası ilə bağlı danışıqlar aparır.
Azadmedia.az xəbər verir ki, bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib.
Belə ki, “Misirdə mənim də dəvət olunduğum Ərəb Dövlətləri Liqasının nazirlər toplantısı keçirilir. Biz, həmçinin üzün müddətdir ki, Misir və Qəzza sərhədində yerləşən Aİ sərhəd nəzarəti missiyamızın geri qayıdıb keçid məntəqəsi aça bilməsi üçün danışıqlar aparırıq. Onun vasitəsilə ilk növbədə Qəzzada yardım ala bilməyən yaralıları təxliyə etmək mümkün olacaq”, - deyə o, bildirib.
Qeyd edək ki, həmçinin Brüsselin Qəzza zolağında mümkün qədər tez atəşkəsə nail olmaq niyyətində olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.