Əfqanıstanlılar ölkələrinə qayıdıb, oranın abadlaşdırılmasına çalışmalıdırlar. İran bu qədər qaçqını saxlamaq imkanına malik deyil.
Azadmedia.az xəbər verir ki, bu sözləri İran daxili işlər naziri İsgəndər Mömini deyib.
Belə ki, o, ölkədə işsizliyin əsas amilinin əfqanıstanlı qaçqınlar olduğunu deyib:
“Ölkəmizdə yaradılan iş yerləri onlar tərəfindən tutulub. Buna görə də əfqanıstanlılardan öz ölkələrinə qayıtmalarını istəyirik”.
Həmçinin İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi də oxşar bəyanat səsləndirib, ölkənin şərq bölgəsində, Əfqanıstanla sərhəddə çəkilən divarın təkmilləşdirilməsində qətiyyətli olduqlarını söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.