AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb - İrakli Kobaxidze

  • + A
  • - A
  • 11-09-2024, 20:30

    Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb -

    Ukrayna ilə Gürcüstan arasında baş verənlər ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermir. Bu, Ukrayna hakimiyyətinin qərarıdır.

    Azadmedia.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ukrayna münasibətlərini şərh edərkən deyib.

    Belə ki, onun sözlərinə görə, Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb və Ukrayna səfirini ölkədən çıxarmayıb.

    Həmçinin “Rəsmi Kiyev isə öz səfirini geri çağırıb. Bunun da əsas iki səbəbi var: Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya hərbi könüllülər göndərmədiyimizə görə. Biz onların istəyi ilə ikinci cəbhə açmalı idik, amma açmadıq. Bu da onların xoşuna gəlmədi. Bundan sonra da olanlar münasibətlərimizin inkişafına töhfə vermədi. Bu, Ukrayna hakimiyyətinin qərarıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR