Bir sıra NATO müttəfiqləri Vaşinqton və Londondan Ukraynaya qarşı daha aqressiv mövqe tutmağı tələb edir.
Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Belə ki, “Ukraynanın XİN rəhbəri Andrey Sibiqa alyansla NATO-nun Ukrayna səmasında raketləri vurmağa kömək edib-etməyəcəyini müzakirə edib. Alyans daxilində bu məsələdə konsensus yoxdur, ona görə də çətin ki, tezliklə siyasətdə dəyişiklik baş versin. Buna baxmayaraq, NATO-nun şərq cinahında yerləşən ölkələr razılıq olmadan Ukrayna hava məkanında hərəkətə keçə bilər”, - deyə mənbələr bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.