AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

  • + A
  • - A
  • 13-09-2024, 10:32

    Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA


    Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

    Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.

    Düşən yağıntının miqdarı: Şəkidə (Kişçay) 45 mm , Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.

    Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.

    Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR