Serbiyada icbari hərbi çağırış yenidən bərpa olunur.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloş Vuçeviç məlumat verib.
Belə ki, "Bu qanunla ən qısa zamanda parlamentə getməyə və 2025-ci il ərzində lazım olan hər şeyi hazırlamağa hazırıq. Bu, əvvəllər olduğu kimi, 12 ay davam edən xidmət deyil, indi təlim üçün iki ay bəs edəcək. Bu, ölkəni münaqişələrə və müharibələrə yox, əksinə, özünü qorumağa və mümkün hücumların qarşısını almağa hazırlamaq deməkdir", - deyə baş nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.