AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

  • + A
  • - A
  • 14-09-2024, 12:22

    KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub


    Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub.

    Bu barədə Türkiyə KİV-i yazıb.

    Bildirilib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır: “Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının məhdudlaşmasıdır”.

    Qeyd olunub ki, bütün bunlar İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə təsir edir: “İran Ermənistanla diplomatik əlaqələrinin güclənməsinə töhfə verəcək addımlar atır. Buna misal olaraq İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasını və Ermənistanın Təbrizdə konsulluq açmasını planlaşdırmasını göstərmək olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR