Ukraynanın bu yaxınlarda təsdiq edilmiş 2025-ci il büdcəsi layihəsində ölkənin ÜDM-nin 19,4%-i həcmində kəsir nəzərdə tutulur.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı sənədin mətninə istinadən məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-in 19,4%-i, o cümlədən ümumi fondun - ÜDM-in 18,3%-i və xüsusi fondun - ÜDM-in 1,1%-i olacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ildə ölkənin dövlət borcları 1,6 trilyon qrivnanı (38,6 milyard dollardan çox) keçəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.