AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

  • + A
  • - A
  • 16-09-2024, 11:20

    Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

    Tanışına ağır xəsarət yetitməkdə təqsirləndirilən Fuad Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub, o, məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakı şəhərində baş verib.

    F.Əsgərov tanışı Elmar Nağı oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Sonradan tərəflər barışıb, F.Əsgərov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR