Rusiyanın İstintaq Komitəsi Rusiya Müdafiə Nazirliyinin 4924-cü hərbi nümayəndəliyinin rəisi İvan Populovskini və onun tabeliyində olan Qriqori Zorini rüşvət almaqda şübhəli bilərək saxlayıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların 2021-2024-cü illərdə aldıqları rüşvətin ümumi məbləği 11 milyon rubldan çox olub:
“İstintaq zamanı təqsirləndirilən şəxslər günahlarını etiraf edib. Onların digər analoji, o cümlədən dövlət müdafiə sifarişinin ehtiyacları üçün ayrılmış vəsaitin oğurlanması ilə bağlı cinayətlərdə iştirakları yoxlanılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.