Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.
Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.