Cənubda Türkiyə, şimalda Norveç və ABŞ, qərbdə Kanada və Böyük Britaniya olmadan Avropa qitəsinin təhlükəsizliyini təsəvvür etmək mümkün deyil.
Azadmedia.az xəbər verir ki, bu sözləri Yens Stoltenberq NATO-nun baş katibi kimi vida nitqində deyib.
Belə ki, “Avropalılar anlamalıdır ki, NATO-suz Avropada təhlükəsizlik olmayacaq. NATO-nun müdafiə xərclərinin 80 faizi AB üzvü olmayan ölkələrdən gəlir. Və bu, təkcə resurslara aid deyil. Bu həm də coğrafiya məsələsidir”, - deyə NATO-nun baş katibi bildirib.
Həmçinin onun sözlərinə görə, Trans-Atlantik Alyans Avropaya yaxşı xidmət edib:
“Daha sıx Avropa inteqrasiyasına yol açmaq, Almaniyanın yenidən birləşməsi, Mərkəzi və Şərqi Avropada demokratiya və azadlığın yayılması - bu, avropalıların yadda saxlamalı olduğu bir tarix dərsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.