AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik

  • + A
  • - A
  • 13-05-2025, 18:30

    Paşinyan: Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik

    Ermənistan Avropa ittifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqdir.

    Bunu baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Koopmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

    Tərəflər Ermənistan-Aİ münasibətlərinin cari mərhələsini, o cümlədən hərtərəfli tərəfdaşlıq sazişinin həyata keçirilməsini, iqtisadi və sahəvi əməkdaşlığı, rəqəmsallaşma, yaşıl enerji, təhsil, infrastrukturun inkişafı və demokratik islahatlarla bağlı işləri müzakirə ediblər.

    Bundan başqa, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi də müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR