AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

  • + A
  • - A
  • 31-07-2025, 12:04

    Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

    Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

    "Report"un yerli bürosu xəbər verir ki, avtoqəza Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "Maple" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə Babək rayonunun Didivar kəndinin sakinləri - 1973-cü il təvəllüdlü Ziyafət Əsgər oğlu Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Ziyafət oğlu Məmmədov, eyni zamanda, Sara Səfərəli qızı Paşayeva və Faiq Qulam oğlu Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR