AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya- Azərbaycan münasibətləri müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 20:40

    İtaliya- Azərbaycan münasibətləri müzakirə olunub

    Tahir Mirkişili Romada “İtaliya-Azərbaycan strateji münasibətləri” mövzusunda konfransda iştirak edib

    Milli Məclisin deputatı Tahir Mirkişili Romada, İtaliya Deputatlar Palatasında keçirilən “İtaliya-Azərbaycan strateji münasibətləri” mövzusunda yüksək səviyyəli konfransda iştirak edib.

    Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

    Bildirib ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İtaliyanın “Fondazione Machiavelli” beyin mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycanın və İtaliyanın parlament üzvləri, diplomatlar, akademik dairələrin, biznes və enerji sektorlarının nümayəndələri iştirak ediblər.

    Müzakirələr zamanı Azərbaycan, İtaliya və Avropa İttifaqı arasında enerji əməkdaşlığı, yeni ixrac layihələrinin perspektivləri, infrastrukturun inkişafı və enerji sahəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Tahir Mirkişili səmərəli müzakirələrə görə tədbirin təşkilatçılarına və italiyalı həmkarlarına təşəkkürünü bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR