AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koronavirusun ağciyərlərdən sonra ən çox zədələdiyi daxili orqan məlum oldu

  • + A
  • - A
  • 29-06-2020, 09:11

    Koronavirusun ağciyərlərdən sonra ən çox zədələdiyi daxili orqan məlum oldu


    Fransalı mütəxəssislərin iddiasına görə, koronavirus xəstələrində ağciyərlərdən sonra ən çox zədələnən daxili orqan böyrəklərdir.

    “Zvezda” telekanalı xəbər verir ki, tədqiqatçıların fikrincə, ağciyərlər nəzərə alınmazsa, COVID-19 infeksiyası 80 faiz hallarda böyrəkləri zədələyir.

    Xəstələrin sidiyində zülalların, fosfatların və qlükozanın izafi həcmi məhz böyrəklərin zədələnməsinin əlamətidir. Alimlər qeyd edirlər ki, virus ilk növbədə böyrək kanalcıqları sistemini sıradan çıxarır.

    Bütün bunların nəticələri çox ciddi ola bilər: belə ki, fosfatların bədəndən xaric olunması sümükləri kövrəkləşdirir, qanın turşuluğu artır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR