AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makron Qarabağın Azərbaycan ərazisi olduğunu bilməlidir

  • + A
  • - A
  • 2-10-2020, 21:33


    Ermənistanın faşist rəhbərliyinə dəstək vermək yolverilməzdir

    Qarabağ ambisiyalarına görə Cənubi Qafqazın autsayder dövlətinə çevrilən Ermənistan illərlə yaşadığı dərin sosial-iqtisadi, ictimai-siyasi böhranlar azmış kimi, indi də başladığı müharibənin ağır nəticələri ilə baş-başa qalıb. Bu gün Azərbaycana qarşı apardığı ədalətsiz müharibədə itirdiyi çoxlu canlı qüvvənin sayını gizlətməyə çalışsa da bu sirrin üstü tezliklə erməni əhalisinin yaş və cinsi tərkibinə öz mənfi təsirini göstərəndə açılacaq. Ordumuzun uğurları, təmas xəttindən nisbətən uzaq yerləşən yaşayış məntəqələrində, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilərin kütləvi şəkildə təşvişinə və yaşayış yerlərini tərk etməsinə səbəb olur.

    Düşmənin iliyinə işləmiş faşist xisləti doğma Azərbaycanın yüzlərlə mülki vətəndaşının həyatını da təhlükə qarşısında qoyur. Aralarında iki yeniyetmə məktəbli olmaqla 20-dən çox dinc sakinin həlak olması, yüzlərlə yaşayış evinin raket zərbələri ilə dağıdılması ermənilərin necə qəddar xalq olduğunu birbaşa təsdiq edir. Ermənilər 90-cı illərin əvvəllərində olduğu kimi, bu faşist xislətindən Azərbaycan vətəndaşları arasında kütləvi vahimə yaratmaq metodu kimi istifadə etməyə cəhd edirlər. Lakin Vətən uğrunda müharibənin getdiyi əraziyə yaxın yaşayış məntəqələrinin sakinləri birmənalı şəkildə Milli Ordumuza canla-başla dəstək nümayiş etdirirlər. Bu da əsgərlərimizin qələbə əzmini daha da artırır.

    Faşist Njdenin “Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik” öyüdünün son illərdə erməni siyasi elitasının bütünə çevrilməsinə Azərbaycandan savayı heç bir dövlət etirazını bildirməmişdi. Baxmayaraq ki, vaxtilə Adolf Hitlerin cəlladları almanlarla yəhudilərin birgə yaşamasını qeyri-mümkün sayırdı, amma erməni faşistləri də özlərini ali irq adlandıraraq, nəinki Azərbaycan türklərini, hətta bütün xalqları qədim Azərbaycan torpaqlarından qovub, dünyanın gözü qarşısında monoetnik dövlət quraraq yeni-yeni təxribatlara əl atırdı.

    Rusiyalı politoloq, erməni terrorizmini və milli ideologiyasını dərindən araşdıran Oleq Kuznetsov və başqaları Ermənistanda nasizmin dövlət səviyyəsində qələbə çaldığını bəyan etsələr də, faşizmdən daha çox əziyyət çəkən Fransa, Almaniya, Rusiya və başqa Avropa dövlətlərinin, eləcə də dünya ictimaiyyətinin susqunluğu Ermənistanda gənclərin belə məcburən faşist Njdenin ideyalarının daşıyıcıları kimi tərbiyə olunmasına rəvac verdi.

    Öz böyük adaşının – yəni babasının qeyri-insani əməllərini yalançı demokrat libasına bürünərək davam etdirən və arvadının hərbi-səhra geyimində Azərbaycana tuşlanan silahla şəkillərini paylaşan Nikol Vartanoviç Paşinyan indi də dondan-dona girib, Avropadan imdad diləyir. Məlum məsələdir ki, əgər Ermənistan başqa ölkələrdən dəstək almasaydı, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamağa cəsarət etməzdi. Hərbi ekspertlərin fikrincə, bu işğalçılıq missiyasının yalnız bir adı ola bilər: Ermənistanda faşizm ideologiyası nə qədər ki, davam edir, o, bütün sahələr üzrə diz çökəcək!.. Paşinyanın cılız bəyanatlarla “dolandırdığı” Ermənistan istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də hərbi sahədə Azərbaycana uduzur. Hazırda işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində Milli Ordumuzun döşüş əməliyyatları davam edir. Şübhəsiz, müzəffər ordumuzun cəbhədə qazandığı uğurlar əsgər və zabitlərimizin ruh yüksəkliyinin, Vətənə olan sevgisinin nəticəsidir. Cəbhədən aldığımız xəbərlərlə duyduğumuz qürur hissini sözlə ifadə etmək mümkün deyil. Hər kəs inanır ki, üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, eləcə də işğal altındakı digər ərazilərimizdə dalğalanacağı günlər yaxınlaşdırır.

    Bütün bunların fonunda keçmiş Ermənistan rəhbərlərinin vəziyyətdən istifadə edərək “ağılsız diktatoru” hakimiyyətdən salmaq üçün hərəkətə keçdiyi görünür. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan isə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazır olduğunu bildirir. Azərbaycan isə işğal altındakı ərazilərini azad edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox haqlı olaraq dünənki çıxışında Ermənistanı haydut dövləti adlandırdı. Və ona dəstək verənləri hesab sorulacağı

    barədə xəbərdarlıq etdi. “Haydut” sözü hərfi mənada silahlı yolla soyğunçuluq edən, yol kəsən deməkdir.

    Faşizmin əsarətinə düşən erməni xalqına özünü "qalib” kimi sırıyan Ermənistan rəhbərliyinə dəstək vermək yolverilməzdir. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza bildirib ki, Fransa prezidenti Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bilməlidir.

    Son olaraq qeyd edək ki, Fransa başda olmaqla, Avropa dövlət başçıları anlamalıdırlar ki, Njdeyə heykəl qoyan Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdiyi cinayətlərinə göz yummağın faşizmi dəstəkləməkdən başqa bir fərqi yoxdur!

    Nurəddin Muğanlı

    Yazıçı-jurnalist


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR