AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Trampı Putinə təslim olmağa sövq etməkdə ittiham edib

  • + A
  • - A
  • Bu gün, 12:47

    Zelenski Trampı Putinə təslim olmağa sövq etməkdə ittiham edib


    Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında təslim olmağa məcbur etməyə çalışmaqda ittiham edib. Zelenski bu barədə Bloomberg agentliyinə müsahibəsində danışıb.

    “Ukraynanı təslim olmağa sövq etmək məqsədi daşıyan addımların atıldığını düşünürəm. Amerikalı tərəfdaşlarımızın müharibəni Ukraynanın hesabına daha tez başa çatdırmağın mümkün olduğunu düşündüyünə inanmaq istəmirəm. Lakin vəziyyət məhz belə görünür”, — deyə Zelenski bildirib.

    Ukrayna liderinin sözlərinə görə, o, Trampın xahişinə uyğun olaraq Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələrin dayandırılmasına razılıq verib. Bunun müqabilində Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin tədarükü nəzərdə tutulub.

    “Lakin onlar sadəcə olaraq bizim dizel yanacağı istehsalına zərbələr endirməyimizi dayandırmağımızı istəyirlər. Əgər bunu etməsək, bizi nədənsə məhrum edəcəklər”, — deyə Zelenski vurğulayıb.

    O, həmçinin ABŞ-ın Ukraynaya yardım proqramı çərçivəsində ödənişi edilmiş bəzi raketlərin tədarükünü gecikdirdiyini bildirib. Zelenskinin sözlərinə görə, Vaşinqton raketlərin yalnız bir hissəsinin göndərilməsinə razılıq verib, qalanlarının tədarükü isə təsdiqlənməyib. “Bu, texniki məsələ deyil”, — deyə Ukrayna Prezidenti qeyd edib.

    Zelenski ABŞ-dakı seçkilərə diqqət çəkib
    Zelenski Vaşinqtonla münasibətlərdəki gərginliyi ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ilə əlaqələndirib.

    “Seçkilər zamanı siyasət çox aqressiv olur”, — deyə o bildirib və səsvermədən sonra vəziyyətin sakitləşəcəyinə ümid etdiyini vurğulayıb.

    Ukrayna Prezidenti Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin “həqiqətən yaxşı” olduğunu da qeyd edib. Bununla belə, Zelenskinin fikrincə, Tramp hazırda Putini müharibəni dayandırmağa məcbur edə bilmir.

    Kiyevlə Vaşinqton arasında fikir ayrılıqları
    Məqalədə qeyd olunur ki, Trampın Rusiya ilə dizel yanacağının ABŞ bazarına tədarükü məsələsində razılaşma əldə etməsindən sonra Ukraynadan Rusiya neft emalı zavodlarına hücumları dayandırması tələb olunub.

    Bundan sonra Kiyevin Rusiyadan raket buraxılışları barədə xəbərdarlıqlar almadığı və “Starlink” peyk internetinin fəaliyyətində məhdudiyyətlərlə üzləşdiyi iddia edilir.

    Ağ Ev və ABŞ Dövlət Departamenti isə Trampın Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini dayandırmaq və ya Ukrayna ordusu üçün “Starlink” xidmətini məhdudlaşdırmaq barədə göstəriş verdiyini təkzib edib.

    Tramp daha əvvəl Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham etmiş və Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR