Azərbaycanın Malayziyadakı səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Kralı Sultan İbrahimə təqdim edib.
Bu barədə Azərbaycanın Malayziyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Diplomatik nümayəndəlikdən qeyd olunub ki, təqdimetmə mərasimi Malayziyanın ali hökmdarının rəsmi iqamətgahı olan İstana Neqarada keçirilib.
Xatırladaq ki, 2026-cı il avqustun 7-si Azərbaycan Prezidenti İlham Əliyev Xəzər Fərhadovu respublikanın Kuala-Lumpurdakı yeni səfiri təyin edib.
Qeyd edək ki, Xəzər Fərhadov 2021-2026-cı illərdə Azərbaycanın Pakistandakı səfiri vəzifəsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.