AzadMedia

Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

  • + A
  • - A
  • 14-10-2020, 18:50


    “Ermənistanın həm hücum edən tərəf, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq göstərən ölkələrin məqsədi müharibəni dayandırmaq deyil”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup iclasında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması o deməkdir ki, onların hədəfi başqadır:

    “Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq”.

    O qeyd edib ki, hazırda Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır:

    “Onlar burada rahat yaşayırlar. Biz onlara qarşı heç bir zaman neqativ münasibət göstərmədik. Amma ermənilər azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdilər. Azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

    İndi Azərbaycan işğal altında olan öz torpaqlarını istəyir, başqa bir tələb yoxdur. İstədikləri budur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, xüsusən Fransa hələ də baş qatmaq taktikasından istifadə edir və məsələnin həllini ləngidir.

    Burada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, siz də 30 ildir bu problemi həll etməkdə səlahiyyətlisinizsə, tez bir zamanda müzakirələri bitirib, həmin torpaqları sahiblərinə qaytarmalısınız.

    Bir müzakirə 30 il müddətinə davam edə bilər? 30 ildir baş qatırlar. Otururlar, danışırlar və dağılışırlar. Bu qədər uzun çəkən məsələ deyil. Torpaqları verin. İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, biz mücahidləri guya Suriyadan Dağlıq Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR