Deputat: “Təcavüzkar Ermənistan yürütdüyü işğalçılıq, terror və faşist siyasətinin acısını yaşamaqdadır”

“Törətdiyi təxribatlara cavab olaraq qəhrəman Azərbaycan ordusunun əks-hücum həmlələrinə cavab verə bilmyib, qorxaqcasına qaçan təcavüzkar Ermənistan üzləşdiyi məğulibyyətin acısını dinc insanlara qarşı xaincəsinə törətdiyi qanlı terror aktları ilə çıxmaq istəyir. Azğın düşmən bu çirkin niyyəti ilə həm də münaqişənin coğrafiyasını genişləndirib başqa ölkələri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrini bu prosesə cəlb etmək istəyir”.
 Bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.
Onun sözlərinə görə,  təcavüzkar Ermənistan  bu fitnəkar məqsədinə nail olmaq üçün  cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlaırnda dinc əhalini qadğan olunmuş silahlardan istifadə edərək qanlı terror aktları törədir. “Azğın düşmənin həyata keçirdiyi vandalizm, qanlı terror aktı nəticəsində sentyabrın 27-dən  bu günə 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb.Bundan başqa, 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb. Bu  cür vəhşilikləri və qanlı terror aktlarını həyata keçirməklə terrorçu Ermənistan  əsl mahiyyətini dünyaya  nümayiş etdirməkdədir.  Ermənilər belə  hərbi cinayət xarakterli terror hadisələrini ilk dəfə deyil ki,  dinc insalara qarşı keçirib.   Faşistlər hələ 1992-ci ildə Xocalıda dinc insanlara qarşı  qanlı terror aktı həyata keçirərək soyqırım törətdilər. Onların bu cür insanlığa  sığmayan vəhşilikləri barədə çoxsaylı faktlar sadalamaq olar. Artıq  qəhrəman Azərbaycan ordusu  azğın düşməni onu başa düşə bildiyi qaydada başa salmaqdadır. Qəhrəman ordumuzun qarşısında tab gətirə bilməyən terrorçular  silah-sursatlarını, hərbi texnikalarını ataraq canlarını qurtarmağa çalışırlar”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, artıq təcavüzkar Ermənistanın baş naziri Paşinyan da  oktyabrın  14-də xalqına etdiyi müraciətdə Azərbaycan ordusunun qələbəsini etiraf etmək zorunda qaldı: “Paşinyan üçün nə qədər ağır və acı olsa da  ermənilərin çoxsaylı itkilər verdiyini də etiraf etmək     zorunda qaldı. Təcavüzkar Ermənistan  ümumiyyətlə bu gün yürütdüyü yanlış işğalçılıq, terror və faşist siyasətinin acısını yaşamaqdadır. Sülh dili ilə danışmaq istəməyən təcavüzkar azğın düşməni  indi  qəhrəman Azərbaycan ordusu başa düşüdüyü dildə başa salıb torpaqlarımızdan Allahında sevmədiyi heyvan olan donuzu necə tarladan çıxararlar o cür də çıxarmaqdadırlar. İndi isə əl-ayağa düşüblər ki,  atəşkəs oldun və münaqişəni sülh yolu ilə həll edək. Cənab Ali Baş Komandanın dediyi kimi, vaxt verək ki, düşmən yenidən güc toplasın və işğalçılıq siyasətini və hərbi cinayətlərini davam etdirsin? Biz gördük.  Bu artıq mümkün deyil.   Oktyabrın 11-də Moskvada  humanitar atəşkəslə bağlı razılaşma imzalandı. Nəticəsi nə oldu? Hansı ki, humanitar atəşkəs düşmənin çoxsaylı yalvarışından sonra Moskva tərəfinin vasitəçiliyi ilə əldə olunmuşdu. Əldə olunan razılaşmanı pozaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncədə dinc əhaliyə qarşı qanlı terror aktı törətdi.  Dünya birliyi terrorçu ermənilərin  imzaladıqlaır sənədə necə əməl etdiyinə şahidlik etdi. Hesab edirdilər ki, bu cinayətkar əməlləri ilə Azərbaycanı təxribata cəlb edib  münaqişənin coğrafiyasını dəyişməyə nail olacaqlar. Alınmadı. İflasa uğradılar. Əksinə özləri öz qurduqlaır oyunun qurbanına çevrilməkdədirlər. İstər təcavüzkar  Ermənistanın, istərsə də oyuncaq separatçı rejimin başçısı  Arutyunyan dünyada  yaşayan ermənilərə müraciət edərək Qarabağda savaşa səsləyir. Bu əslində ermənilərin acı məğlubiyyətinin etirafıdır. Bəs deyirdiniz ki,  kimsə sizə qalib gələ biməz. Nə oldu?! İndi Azərbaycan ordusunun əlindən gizlənməyə yer tapa bilmirsiniz. Qaçırsınız, dünyaya yalvarırsınız. Bu gün  qəhrəman Azərbaycan əsgəri  indiyədək verdiyimiz şəhidlərin qisasını alır, xalqımıza qarşı hərbi cianyət törədən şəxsləri döyüş meydanında  məhv edir.
Azərbaycan bir şərtlə sülh danışıqlarına razı ola bilər. Cənab Prezidentin dediyi kimi  işğalçı qoşunun işğal etdiyi torpaqlardan  çıxması ilə bağlı konkret təqvim planı verilməlidir və  bu təqvim planına  ciddi əməl olunmalıdır. Ancaq Azərbaycanın şərtləri daxilində  sülh danışıqları baş tuta bilər.  Əks təqdirdə   məsələ döyüş meydanında həll olunacaq.
Terrorçu və faşist  ermənilərdən fərqli olaraq Azərbaycan ordusu mülki əhalini deyil,  hərbi obyektləri və qüvvələri hədəf seçir.  Onsuz da rəşadətli Azərbaycan ordusu döyüç meydanında azğın düşmənə qan uddurmaqdadır. Odur ki, qələbə elə də uzaqda deyil. Nə qədər gec deyil təcavüzkar Ermənistan rəhbərləri baş verənlərdən nəticə çıxarsın. Ali Baş Komandanının rəhbərliyi altında  torpaqlarımız qısa zamanda işğaldan azad ediləcək və bayrağımız Qarabağ səmasında əbədi dalğalanacaq!”
Azərbaycanın bu haqq davasında   dəstək verdiyinə görə Türkiyə və Türk mediasına təşəkkürünü bildirən millət vəkili qeyd edib ki,  Türkiyə mütləq münaqişənin sülh yolu ilə həllinə birbaşa cəlb edilməlidir: “Türkiyənin iştirakı olmadan bölgədə dayanıqlı sabitliyi və sülhü bərpa etmək mümkün olmayacaq.  Çünki dünyanın güclü dövləti olmaqla yanaşı,  regional gücdür. Kimsə onun rolunu dana bilməz.  Son illərdəki təcrübə göstərir ki,   bölgədə Türkiyəsiz hər hansı problem öz ədalətli həllini tapa bilməz. Odur ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində aparılan danışıqlarda  birmənalı şəkildə iştirak etməlidir. Türk mediası isə bu haqq savaşında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılıb, erməni yalanlarının ifşa olunmasında  müstəsna rol oynamaqdadır”.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
