AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva- "Ali Baş Komandanımız Üç rəngli bayrağımızı öpüb göylərə qaldırdı"

  • + A
  • - A
  • 19-11-2020, 02:56

    Politoloq Ülkər Piriyeva- "Ali Baş Komandanımız Üç rəngli bayrağımızı öpüb göylərə qaldırdı"

    Politoloq Ülkər Piriyeva- "Ali Baş Komandanımız Üç rəngli bayrağımızı öpüb göylərə qaldırdı"

    Hər kəsə məlumdur ki, 44 gün davam edən müharibə zamanı, dünyanın müxtəlif ölkələrindən çox sayda təzyiq və təhdid mesajları aldıq.
    Heç kim bizi bloklaya bilməzdi, cənab Prezidentimizin dediyi kimi, “Sonuna qədər gedəcəyik”, bu belə də oldu. Həm diplomatiya arenasında, həm də savaş meydanında, sonuna qədər getdik və gedəcəyik. Ali Baş Komandanımızın əmri ilə, müzəffər Ordumuz işğalçıları məğlub və darmadağın elədi, doğma torpaqlarımızdan qovdu və ərazi bütövlüyümüzü təmin elədi.

    Beləliklə, tarixi Azərbaycan ərazisində, ikinci erməni dövlətinin yaradılmasına imkan vermədik. Bu gün, dünyanın ən müasir, müstəqil və ən demokratik multikultural ölkələrindən olan Azərbaycan, çox fərqli etnik qrupların birlik-bərabərlik içində yaşadığı bir Azərbaycan dövlətidir. Bizim ölkədə, bütün xalqların və dinlərin nümayəndələri, fərdləri sülh şəraitində, rifah içində yaşayır.
    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yaxınlarda, Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarımızı ziyarət etdilər. Əliyev əvvəlcə, Füzuli və Şuşa şəhərləri arasında inşa ediləcək yeni yolun təməlqoyma mərasimində iştirak edərək yeni yolun böyük əhəmiyyət daşıdığını vurğuladı. İşğaldan azad edilmiş torpaqlarda, həyata keçirilən ilk layihə olduğunu deyən Əliyev, Şuşanın azad edilməsi ilə Ermənistanın Azərbaycana müqavimət göstərməyin mənasız olduğunu qəbul etdiyini bildirdi. Və Ermənistan təslim oldu. Şuşa əməliyyatı, dünya müharibəsi tarixində xüsusi yer tutacaq. Qəhrəman əsgərlərimiz, bu əməliyyatı dağlardan, təpələrdən və yollardan keçərək yalnız yüngül silahlarla həyata keçirdi və Mədəniyyət beşiyimiz olan Şuşamızı azad elədi, bəli, "Şuşanı xilas etmək şanlı qələbəmizdir" dedi, cənab Prezident. İşğaldan azad edilmiş torpaqlarımızda, Ali Baş Komandanımız Üç rəngli bayrağımızı öpüb göylərə qaldırdı..

    Qüdrətli Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən, Ermənistan təslim oldu. Üç tərəfli bəyanat imzalandı və bu günə qədər, işğal altında olan Ağdam, Kəlbəcər və Laçın vilayətləri də ən qısa zamanda, geri qaytarılır.
    Təbii ki, onları boşu-boşuna erməni vandalları adlandırmamışıq. Mənfur erməni, Azərbaycan xalqının başına gətirdiyi soyqırımlar, faciələrlə də qalmadı, bir sözlə, etnik təmizləmə ilə kifayətlənmədi. Onlar mədəni etnik təmizləmə ilə yanaşı, torpaqlarımızı tərk edərkən, öz vəhşiliklərini bir daha dünyaya nümayiş etdirirlər. Gedərkən evləri, binaları, məktəbləri yandırırlar, ağacları kəsirlər, elektrik xəttlərini qırırlar. Qiymətli nə varsa talan edir, gözlə görünən hər şeyi doğma torpaqlarımızda darmadağın edib yola düşürlər. Gedərkən, özlərinə məxsus unitazlarını belə götürməyi özlərinə ar bilmirlər. Yəni dünyanın bu dərəcədə üzsüz ikinci bir “millətinin” olduğunu ağla gətirmək qeyri-mümkündür. Utanmaz erməni bu gün, unitazını götürüb gedir, lakin öz doğma əsgərlərinin meyidlərini yol kənarına tullamaqla öz millətinin nümayəndəsinə, öz şəhidinə belə, dəyərsiz bir əşya kimi yanaşdığını bir daha beynəlxalq ictimaiyyət qarşısında, açıq-aşkar nümayiş etdirir. Bəli, bütün bunlar bir daha onların nə dərəcədə, barbar bir millət olduqlarının aydın şəkildə təzahürüdür!

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR