AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edilir

  • + A
  • - A
  • 22-01-2021, 16:26



    Məlum olduğu kimi, AMEA Yüksək Texnologiyalar Parkında elmtutumlu və innovasiyayönümlü elmi tədqiqat işlərinin tətbiqinə dəstək verilir, Parkın rezidentləri tərəfindən məqsədyönlü tədqiqatlar aparılır. Bu istiqamətdə görülən işlərdən biri də Texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunda həyata keçirilib. Belə ki, Zavodda dünyada ilk dəfə olaraq bu müəssisənin mütəxəssisləri tərəfindən təklif olunmuş yeni texnologiya – sulfatlaşmış heyvani və bitki yağları əsasında hazırlanan Solidol-J, Qrafit və Litol-24 sürtküləri istehsal edilir. Yüksək keyfiyyətli göstəricilərə uyğun olaraq hazırlanan bu məhsullar təbii yağ turşularının kalsium sabunu ilə hidratlaşdırılmış orta özlüklü neft yağlarının qarışığından əldə olunduğu üçün ekoloji cəhətdən zərərsizdir. Solidol-J mülayim iqlim qurşağı üçün nəzərdə tutulan aşınmaya davamlı, ümumi məqsədlər üçün istifadə edilən sürtkü yağıdır. Litol-24-ün əvəzləyicisi olan bu yağ kənd təsərrüfatı texnikasının mexanizmlərində, maşınların kobud sürtünmə hissələrində, əl alətlərinin və aksesuarlarının vintli və zəncirli ötürücülərində, eləcə də zəif sürətli ötürücülərdə tətbiq edilir. Sintetik solidola bənzəyən, yaxşı özlülük temperatur xüsusiyyətlərinə malik, saxlama zamanı az sıxılan, dağılma zamanı sərtləşməyən bu məhsul, -25-dən +65 °С-dək temperatur intervalında daha çox effektivlik göstərir, aşağı temperaturda yetərincə güclü mexanizmlərdə istifadə edilir. Zavodun istehsal etdiyi digər məhsul - Qrafit sürtkü yağı ağır yüklü, yavaş hərəkətli mexanizmlərin sürüşmə hissələrində traktor və maşınların ressor və suspenziyalarında, açıq dişli valların sürtünən hissələrinin yağlanmasında geniş istifadə olunur. Nəqliyyat vasitələrinin, sənaye mexanizmlərinin, elektrik avadanlıqlarının sürtünən və fırlanan diyircəkli yastıqların yağlanması üçün isə zavodun istehsal etdiyi Litol-24 sürtkü yağı istifadə edilir.
    Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edilir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR