AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarsda qış təlimini başa vuran hərbçilərimiz vətənə qayıtdı - Video

  • + A
  • - A
  • 15-02-2021, 20:44



    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, fevralın 11-də “Qış təlimi-2021”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” və döyüş atışlı mərhələsi keçirilib.

    Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər. ATAK hücum vertolyotları xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib.

    PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər. Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər.

    Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilib.

    Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

    Qış təlimində iştirak etmiş hərbi qulluqçularımız fevralın 12-də xidmət yerlərinə qayıdıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR