AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib

  • + A
  • - A
  • 13-04-2021, 13:40


    Azadmedia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub.

    Trend-in məlumatına görə, səfər zamanı jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarları haqqında danışıb.

    O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: "İşğal zamanı ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 belə Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR