AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin komitə sədri 9 yaşlı bədii qiraətçi ilə görüşüb

  • + A
  • - A
  • 2-06-2021, 18:41

    Milli Məclisin komitə sədri 9 yaşlı bədii qiraətçi ilə görüşüb

    Moderator.az xəbər verir ki, 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, Milli Məclis sədrinin müavini Adil Əliyev uşaq və gənclərlə görüşüb.

    Şəhid övladlarının və 9 yaşlı bədii qiraətçi Zəhra İmranlının da qatıldığı görüş əsnasında gənclərin ölkəmizin idman və mədəniyyət həyatında yaxından iştirakının vacib olduğunu vurğulayan millət vəkili, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səyi nəticəsində bunun üçün hər cür şəraitin mövcud olduğunu bildirib.

    Millət vəkili Adil Əliyev bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də erməni yalanlarının ifşa edilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının, milli maraqlarımızın qətiyyətlə müdafiə edilməsinin zəruriliyinə toxunub.

    Zəhra İmranlının media və sosial mediada vətənpərvərlik ruhunda səsləndirdiyi şeirləri maraqla izlədiyini bildirən millət vəkili, azyaşlı bədii qirəatçiyə gələcək fəaliyyətində uğurlar arzulayıb, onu rəhbəri olduğu komitə adından Fəxri Fərmanla təltif edib, hədiyyələr bağışlayıb.

    Zəhra İmranlı görüşə görə millət vəkilinə təşəkkür edib, ona göstərilən etimadı hər zaman doğrultmağa çalışacağını bildirib. Görüş əsnasında Zəhra İmranlının səsləndirdiyi “Soykırım yalanı” şeiri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Görüş əsnasında millət vəkili gəncləri maraqlandıran məsələlər haqqında danışıb, öz səlahiyyəti çərçivəsində gənclərə bundan sonra da hər cür dəstək verməyə hazır olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR