AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunun Böyük Kolatan kəndində asfaltlama işləri davam edir

  • + A
  • - A
  • 1-09-2021, 01:47


    Masallı rayonunun Böyük Kolatan kəndində asfaltlama işləri davam edir.

    Azadmedia.az-ın Sosial mediadan əldə etdiyi məlumata görə, Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səyavuş Ağayevin verdiyi məlumatda bildirilir ki, Rusiya Federasiyasında yaşayan kolatanlıların vəsaiti hesabına kəndin iki küçəsində asfaltlama işi həyata keçirilib.

    Belə ki, kənddə küçələrin birinə 300, digərinə 100 metr uzunluğunda asfalt döşənib.

    Qeyd edək ki, Böyük Kolatan kənd sakinləri bu xeyriyyəçiliyi təqdir ediblər.




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR